Qüdsə görə iğtişaşlar başladı - 110-dək adam yaralanıb +Video-Foto(Yenilənir)

img

08-12-2017 [16:05]


Qüds və İordan çayının qərb sahilində iğtişaşlar başlayıb.

Buna səbəb ABŞ prezidenti Donald Trampın Yerusəlimi (Qüds) İsrailin paytaxtı elan etməsi olub. Əl-Aksa məscidində cümə namazından sonra etirazçılar meydanlara axışıblar. İsrail əsgərləri onlara qarşı gözyaşardıcı qazlardan istifadə edirlər. Etirazçılar "ABŞ-a ölüm”, "İlan ABŞ” şüarları səsləndirərək ABŞ-ın dövlət bayrağını yandırıblar. İsrail əsgərləri və fələstinlilər arasında toqquşmalar nəticəsində ən azı 40 nəfərin yaralandığı deyilir.

***

Mia.az xəbər verir ki, İsrail əsgərlərinin nümayişçilərə müdaxiləsi nəticəsində biri jurnalist olmaqla 4 nəfər yaralanıb. Aksiya iştirakçılarından bəziləri gözyaşardıcı qazın təsirindən boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Qəzza və Qüds bölgəsindəki aksiyalar zamanı təxminən 95 nəfər yaralanıb.

Bu barədə Fələstin Qızıl Aypara cəmiyyətindən məlumat verilib. İsrail əsgərləri bəzi nümayişçiləri həbs edib. Baş verənlərə dərhal reaksiya verən HƏMAS təşkilatı öldürülən və yaralanan hər fələstinliyə görə İsrailin cavab verəcəyini bildirib.

***

Mia.az yerli mətbuata istinadən xəbər verir ki,  yaralıların sayı 110 nəfərə çatıb.

Qeyd edək ki, Trampın Qüdsü paytaxt kimi tanımasından sonra "Həmas” cümə gününü İsrailə qarşı Qəzəb Cüməsi elan edib. Minlərlə fələstinli küçələrdə İsrail və ABŞ-a etiraz edir.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA