Ermənilər Ağdamın kəndlərini atəşə tutdular - Müdafiə Nazirliyi xəbəri təsdiqlədi

img

08-12-2017 [15:52]


Erməni silahlı bölmələri Ağdamın cəbhə kəndini atəşə tutublar.

Düşmən ordusu işğal altında saxladığı ərazilərdən rayonun Orta Qərvənd kəndini iriçaplı pulemyotlardan və minaatanlardan atəşə tutub. Atışma zamanı xəsarət olmasa da, kənd sakinləri Vilayət Həsənov, Qaçay Xıdırov, Mehman Məmmədov və Yusif Səmədova məxsus evlərin dam örtüyünə və pəncərələrinə ziyan dəyib.

Müdafiə Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA