Mikayıl Cabbarov Vergilər Nazirliyində kadr dəyişikliyi aparıb? - Açıqlama

img

08-12-2017 [12:44]


Vergilər Nazirliyinə yeni nazir təyin edildikdən sonra hər hansı dəyişiklik olmayıb. Hətta Fazil Məmmədovun 15 müşaviri də iş başındadır.

Mia.az xəbər verir ki, bu barədə axar.az-a Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Mirsəlimov məlumat verib. Onun sözlərinə görə, keçmiş nazir Fazil Məmmədovdan sonra nazirlikdə hər hansı kadr dəyişikliyi aparılmayıb: "Hər hansı dəyişiklik olsa, bu barədə mətbuata məlumat veriləcək”.

Qeyd edək ki, 5 dekabr tarixində prezidentin imzaladığı sərəncamla Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad olunub. Digər sərəncamla Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA