"Məmmədyarovla görüşümüz müsbət ab-havada keçdi" - Nalbəndyan

img

07-12-2017 [15:31]


rmənistanın Xarici İşlər naziri Edvard Nalbandyan Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla keçirdiyi son görüşün müsbət ab-havada keçdiyini bildirib.

O, bu barədə ATƏT-ə üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında çıxış edərkən deyib.

"Elmar Məmmədyarovla dünənki görüşümüz, ümumilikdə, müsbət ab-havada keçdi. İndi hadisələrin inkişaf edəcəyini gözləyirik", - diplomat vurğulayıb.

E.Nalbandyan həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşünü müsbət qiymətləndirərək tərəflərin ortaq fikrə gəldiklərini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək məqsədilə dünən Vyanada görüşüblər.

Bundan əvvəl isə E.Məmmədyarov və E.Nalbandyan ayrı-ayrılıqda Minsk qrupunun həmsədrləri ilə görüş keçiriblər./Report/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA