Orta məktəblərdə payız imtahanları bazlayıb

img

02-09-2010 [12:33]


Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında bir və ya bir neçə fəndən qeyri-kafi qiymət almış, imtahan fənləri üzrə illik qeyri-kafi qiymət aldığı üçün buraxılış imtahanına buraxılmamış, həmçinin müəyyən səbəblərdən imtahanlarda iştirak etməmiş şagirdlərin payız buraxılış imtahanı verməsi nəzərdə tutulub. Təhsil Nazirliyinin məlumatına görə, payız buraxılış imtahanları üç bölgə üzrə sentyabrın 2-də, 6-da və 8-də keçiriləcək. Sentyabrın 2-də Şirvan şəhəri, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Sabirabad, Saatlı, Zərdab, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının, sentyabrın 6-da Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkə?sən, Gədəbəy, Ağdaş, Ağsu, Göyçay, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Şəki, Balakən, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Şamaxı, Zaqatala və Qobustan rayonlarının, sentyabrın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun şagirdləri payız imtahanı verəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA