Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu açıqlandı

img

07-12-2017 [12:28]


Bakıda və Abşeron yarımadasında dekabrın 8-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi  gündüz arabir güclənəcək.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturunun gecə  2-4° isti, gündüz  6-9° isti, Bakıda gecə  2-4° isti, gündüz  7-9° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758  mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi  rütubət  80-90 % olacaq. 
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz  6-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz  2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA