“Yenidən nazir olmaq iddiam yoxdur” - Misir Mərdanovdan açıqlama

img

07-12-2017 [11:42]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri, professor Misir Mərdanov sosial şəbəkələrdə onun yenidən təhsil naziri təyin ediləcəyi ilə bağlı söz-söhbətə aydınlıq gətirib.

Mia.az xəbər verir ki, M.Mərdanov "Ölkə.Az”-a açıqlamasında onu yenidən təhsil naziri görmək istəyənlərə təşəkkürünü çatdırıb:

"Həmin insanlar çox sağ olsunlar, onlara təşəkkür edirəm. Ancaq mən 15 il nazir işləmişəm və kifayət edir. Digər tərəfdən isə bu məsələ cənab Prezidentin səlahiyyətlərində olan məsələdir. Yeni təhsil naziri kim olacaqsa, Allah işini avand etsin. Yenidən nazir olmaq iddiam yoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA