Fazil Məmmədov danışdı: "Səhhətimdə az problem var..."

img

06-12-2017 [16:31]


Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad olunaraq onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

Dövlət başçısının müvafiq qərarından sonra bir sıra KİV-də, sosial şəbəkələrdə Vergilər nazirinin vəzifəsindən azad olunması ilə bağlı çoxlu müzakirələr aparılıb. Onun işdən azad olunması ilə bağlı çoxsaylı fikirlər səsləndirilib.

Mia.az xəbər verir ki, "Bizimyol.info” saytı müzakirə olunan məsələlər haqda ötən gün vəzifəsindən azad olunan Fazil Məmmədova zəng edib.

Eks nazir sayta açıqlamasında Prezidentin qərarının müzakirəedilməz olduğunu bildirib. 

"Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər Prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA