Azərbaycanda iki nəfərdə paraqrip, bir nəfərdə adena virusu aşkarlandı - Nazirlikdən açıqlama

img

06-12-2017 [14:58]


"Azərbaycanda oktyabrın 1-dən, yəni, qrip müayinələri mövsümünün başladığı gündən indiyə qədər Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasına ölkənin müxtəlif şəhər və rayonlarından təxminən 63 şübhəli yaxma nümunəsi daxil olub”.

Mia.az xəbər verir ki, bunu "Report”a açıqlamasında stansiyanın direktor müavini Rita İsmayılova bildirib.

Onun sözlərinə görə, nümunələrin müayinəsi nəticəsində xüsusi təhlükəli kəskin respirator xəstəliklərinin törədiciləri aşkar edilməyib: "Sadəcə qripə bənzər respirator xəstəliklərin növü olan 2 paraqrip və 1 adena virusları aşkar olunub. Bunlar qrip sayılmır, sadəcə simptomlar oxşar olur. Yəni, yüksək hərarət, boğaz ağrısı, öskürək, ürək bulanma, halsızlıq, nadir hallarda qusma da olur”.

R.İsmayılova qeyd edib ki, 51 yaxma nümunəsi 17 yaşına qədər insanlardan götürülüb: "Xəstələrin adətən həkimə müraciət etməməsi nəticəsində qripin ağırlaşmaları baş verir ki, bu da müxtəlif fəsadlara səbəb olur. Xəstə aşkar olunan kimi dərhal həkimə müraciət edərək onun təyin etdiyi dərmanlarla müalicə olunsun”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA