06-12-2017 [14:17]
Deputat Zahid Oruc prezidentin ötən gün iki nazirliklə bağlı verdiyi sərəncama münasibət bildirib.
Mia.az xəbər verir ki, Z.Oruc "Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Fazil Məmmədov müstəqillik illərində tamamilə yenidən qurulan mühüm bir nazirliyə yüksək məsuliyyətlə rəhbərlik edib:
"O, Heydər Əliyev məktəbini keçib, son dərəcə mürəkkəb şəraitdə dövlətə sədaqətlə xidmət etməyə çalışıb. Bildiyiniz kimi, son 20 ildə Azərbaycan iqtisadiyyatı həm struktur, həm də sahə və coğrafi quruluşuna görə böyük dəyişiliklərə məruz qalıb. Vergilər Nazirliyi beynəlxalq təcrübə əsasında qeyd etdiyimiz transformasiyaya çevik şəkildə uyğunlaşmaya çalışırdı. Orada islahatlar,dövlət və vergi subyektləri arasındakı münasibətlər daimi həssaslığa malikdir.
Nəzərə almalıyıq ki, yüksək məmur biznesi şəraitində mənafelərin daha çox toqquşduğu son dərəcə ağır bir sahəni formalaşdırmaq, sərt maliyyə-bank reallığında büdcə öhdəlikləri, hakimiyyətin tələbləri və iqtisadi subyektlər arasında maraqların balansını yaratmaq o qədər asan iş deyil. Hər halda dövlət və hökumət orqanları içərisində Fazil Məmmədovun obrazı konfliktlərə deyil, əməkdaşlıq formatında qanuni tələblərin yerinə yetirilməsi ideyasına xidmət edib.
Mikayıl Cabbarovun Vergilər naziri təyin olunması isə prezident İlham Əliyevin müstəsna səlahiyyətidir, eyni zamanda, ölkə başçısının son illər həyata keçirdiyi yeni kursun tələblərindən irəli gələn qərardır. Hər halda, ötən 4 il ərzində təhsil sahəsində əhəmiyyətli və millətimiz üçün son dərəcə faydalı dəyişiklərin şahidi olduq. Ali təhsilin rəhbər korpusuna gətirilən yeni simalar hesabına universitetlərin statusu və kölgəli imici kəskin dəyişdi, tələbə köçürülmələrində yaşanan qanunsuzluqları ləğv etmək və orta məktəb sistemində direktorların seçilməsində şəffaf, ədalətli mexanizmlər yaratmaq şübhəsiz ki, inqilabi xarakter daşıyan tədbirlərdir. Parlament üzvü kimi, millətin istedadlı gənclərinin böyük qvardiyası olan olimpiada qaliblərinin seçilməsində, eləcə də müəllimlərin biliyinin qiymətləndirməsi hesabına onların zəhmətinə differensial yanaşmanın tətbiq olunmasında yaxından müşahidəçi olduğumuzu yada salsaq, ictimai fikrə açıq, əlçatan, qabaqcıl modelləri ağılla tətbiq etməyi bacaran islahatçı bir obrazdan danışdığmızı vurğulaya bilərik.
Bütövlükdə götürəndə Mikayıl Cabbarov sistemli düşünməyi bacaran intellektualdır və dəqiq hədəflərə yönələn "yol xəritəsi” asasında çalışan bir insandır. Hər halda ümid edək ki, hər iki nazirlikdə yaradılan sağlam bünövrə dağıdılmayacaq, əksinə, milli mənafelərin və demokratik idarəçiliyin yeni mexanizmləri ilə zənginləşdiriləcək”.
O əlavə edib ki, son iki il ərzində hökumətin tərkibində xeyli dəyişiliklərin aparıldığını görmək olur:
"Deməli, ölkə rəhbəri gələcək prezident seçkiləri və ondan sonrakı dövrün yeni komandasını ortaya qoyur, məmurların millət qarşısındakı fəaliyyətinə hansı prinsiplərlə yanaşdığının dəqiq mənəvi, siyasi prinsiplərini müəyyənləşdirir. Prezidentin elan etdiyi kurs seçki amilindən daha çox onun strateji planları ilə bağlıdır. Azərbaycan yeni dövrə qədəm qoyur və effektli idarəçilik siyasi, hərbi və sosial sabitliyin bir nömrəli təminatçısıdır. Ona görə də struktur islahatları qaçılmazdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi