Tramp müsəlman dünyasını qəzəbləndirəcək qərarı bu gün verəcək: "Qüds İsrailin paytaxtı olacaq" - Ağ Ev təsdiqlədi

img

06-12-2017 [11:55]


ABŞ prezidenti Tramp bu gün Qüdsü İsrailin paytaxtı kmi tanıyacağını və Amerika səfiriyinin isə Qüdsə köçürüləcəyi haqda qərarı rəsmən bəyan edəcək.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ağ Evdən bu gün rəsmi bəyanat verilib.
-
Bildirilib ki, Tramp "Qudsü İsrailin paytaxtı olaraq tanıdığını elan edəcək və eyni zamanda, Tel-Əvivdəki Amerika səfirliyinin Qudsə köçürülməsi hazırlıqlarına başlamaq təlimatını verəcək. Artıq bununla bağlı Departamentə müvafiq göstəriş verilib. Ola bilsin Tramp qərarı bu gün elan edəcək".

Bəyanatda o da bildirilib ki, səfirliyin köçürülməsi dərhal baş verməyəcək: "Bunu dərhal həyata keçirmək praktik baxımdan mümkün deyil. Bu köçürülmə illər çəkə bilər".

Xatırladaq ki, ABŞ prezidentləri 1995-ci ildən bu günədək səfirliyi Qüdsə köçürmək və Qüdsü İsrailin paytaxtı kimi tanımaqla bağlı konqresin qərarını "Amerikanın beynəlxalq təhlükəsizliyinə təhdid" sayaraq, rəsmən həyata keçirməkdən ehtiyat ediblər. 

Belə ki, 22 idir, yəni Bill Klinton, Corc Buş və Barak Obamanın prezidentliyi dönəmlərində hər 6 aydan bir "beynəlxalq təhükəsizlik" səbəbi ilə qərar təxirə salınıb. Lakin prezident seçkilərində Qüdslə bağlı qərarı həyata keçirəcəyinin sözünü verən hazırkı prezident Trampın bu gün vədinə əməl edəcəyi gözlənilir.

Onu da qeyd edək ki, Trampın gözlənilən qərarı bütün müsəlman dünyasında böyük etiraz və qəzəblə qarşılanıb. Fələstinlilər bunun qana səbəb olacağını bəyan edib.

Başda Türkiyə olmaqla, İslam ölkələri Trampa çağırış edərək, Qüds qərarından geri çəkilməyi tələb ediblər.

Ərdoğan isə bu qərarın İsraillə bütün əlaqələrin kəsilməsinə səbəb olacağı haqda bəyanat verib və bu hadisənin bölgədəki gərginliyi alovlandıracağını deyib...

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA