Yeni təhsil naziri kim ola bilər? - Misir Mərdanov: "Kimin nazir təyin olunması..."

img

06-12-2017 [11:19]


Dünən prezident İlham Əliyev vergilər naziri Fazil Məmmədovu və təhsil naziri Mikayıl Cabbarovu vəzifəsindən azad edib.

Mia.az-ın xəbər verdiyi kimi, ölkə başçısının digər sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri postuna aparılıb. Təhsil naziri vəzifəsinə isə hələ ki təyinat olmayıb. Hazırda təhsil naziri postuna kimin gətiriləcəyi müzakirə olunmaqdadır. İctimaiyyət müxtəlif versiyalar səsləndirir. Hətta keçmiş təhsil naziri Misir Mərdanovun yenidən bu vəzifəyə qaytarılacağını mümkün sayanlar da var. 

Modern.az Misir Mərdanovla əlaqə saxlayaraq yeni təhsil nazirinin kim olacağı ehtimalını xəbər alıb.

"Kimin nazir təyin olunması cənab prezidentin sərəncamındadır. Kim təyin olunacaqsa, həmin şəxsə ancaq uğurlar arzu edə bilərəm. Əsas odur ki, təhsilimizə töhfə versin. Başqa heç nə deyə bilmərəm”, - deyə Misir Mərdanov bildirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA