06-12-2017 [10:57]
Bu günlərdə internetdə Tiflisin "New Hospitals”Klinikasının direktoru Nika Okriaşvilinin bir toplantıdakı çıxışının videosu yayılıb.
Sözügedən çıxışında N.Okriaşvili marketinqdən bəhs edən məqamda Azərbaycandan Gürcüstana müalicəyə gedən azərbaycanlı xəstələr barədə danışıb. O, bu işi necə biznesə çevirmələrini və bunun sistemini də anladıb.
Təbii ki, çıxışında bu durumla bağlı ironik yanaşma da nümayiş etdirib, aşağılayıcı tondan istifadə edib. Bununla belə, azərbaycanlı xəstələri necə, hansı üsulla öz klinikalarına cəlb etdiklərinin yollarından bəhs edib. N.Okriaşvili deyib ki, hər il Azərbaycandan 8 min adam onların klinikasında müalicə alır:
"Bir saatlıq məsafədə Azərbaycanın Gəncə şəhəri yerləşir. Kifayət qədər böyük şəhərdir. Orada 1 milyon nəfər yaşayır. O şəhərdən Azərbaycanın paytaxtına 5 saatlıq məsafə var, bizim şəhərə isə 1 -1.5 saat. Azərbaycanda səhiyyə yox dərəcəsindədir. Onların çoxlu pulları var, qəşəng də xəstəxanalar tikilib. Amma real olaraq bütün spektrə sahib deyillər. Bu istiqamətdə bizim marketinqimiz necədir? İldə Azərbaycandan 8 min xəstəm olur. Hamısı da nəğd ödəniş edir. Buna necə nail olmaq olar? Gəncədə avtovağzal var, orda taksilər dayanır. Demək olar ki, bütün taksilər mənim işçilərimdir. Onların ”New Hospitals"la müqavilələri və şəxsi "Ceep”ləri var. Gürcüstan banklarından maaş kartları da var. Gəncədə hər kəs bilir ki, orda belə taksilər var. Buna necə nail oluruq, o, başqa sualdır. Bütün taksi sürücülərinin maşınları böyükdür. Minimum 5 nəfər yerləşir orda. Onlara Tiflisə müalicəyə getmək istəyənlər yaxınlaşırlar. O regionda yaşayanlar Azərbaycan dilindən başqa heç bir dil bilmirlər. Həmin məqamda sürücü təkcə sürücü deyil, hər şeydir (gülüş qopur). Potensial xəstələr maşına otururlar. 1.5 saat davam edən səfər zamanı həmin sürücü anamnez toplayır, sonra mənim xüsusi menecerimə zəng edir.
Mənim onlar üçün ayrıca əməkdaşım var. Və onunla artıq tibbi dildə danışır. O, terminologiyanı bilir. Həqiqətən o terminologiyanı bilirlər. Mən onlara təlim keçməmişəm, onlar özləri necəsə tarixən bunu öyrəniblər. Sürücü niyə zəng edir? Zəng edir ki, həmin o 5 nəfər sərnişin gün ərzində bütün müayinələrdən keçə bilsinlər və həmin gün də evlərinə qayıtsınlar. Bunun üçün bizim çox mürəkkəb sistemə inteqrasiya olunma lazımdır. Pasiyentin qeydiyyata alınması və həkimin çağırılması lazımdır. Bunu menecerlə birlikdə sürücü edir (zalda gülüş səsləri). Menecer hansısa işi axıra qədər görməyibsə, sürücü artıq binada gəzir. Bütün həkimləri və assistentləri şəxsən tanıyır. Və sürücü şəxsən özü kuryer funksiyasını icra edir. Bax, bu, gerçək marketinqdir".

Bu hadisəyə ilk reaksiya verənlərdən biri pediatr Vaqif Qarayev oldu. V.Qarayev sosial şəbəkədəki statusunda gürcü həkimin səhiyyəmiz haqqında alçaldıcı və kinayəli fikirlər paylaşdığını yazıb: "Taksi sürücüləri avtovağzalda Azərbaycandan gələnlərdən anamnez toplayır və sonra kilinikama gətirirlər” kimi deyim heç bir tənqidə dözmür... aşağılayıcıdır. Amma mən bunu gürcü yekəxanalığı kimi qəbul edəcəm. Əvvəla, onu deyim ki, gürcülərin özləri həm ödəniş, həm də peşəkarlıq baxımından səhiyyələrindən tam da razı deyillər. Gürcüstan illərdi tibbi sığortaya keçsə də, əhali cüzi bir ödənişi də qarşılaya bilmir. Bizimkilər niyə ora meyl edir? Qiymətə görə. Vəssalam! Eyni əməliyyatlar və tibbi müdaxilələr bizdə Gürcüstana nisbətən bahadır! Əhali də məcburdu ucuz olan yerlərə meyl eləsin! Bizdə praktik təbabətin müxtəlif sahələrində çalışan kifayət qədər peşəkar həkim var. Amma əlçatan deyillər! Əhali ödəniş edə bilmir! Ona görə çıxış yolu yenə İcbari Tibbi Sığortadadı. Tətbiq olunsa və normal işləsə, bu cür təhqiramiz fikirlər eşitməyəcəyik!"
Ümumiyyətlə, Gürcüstanda müalicənin daha ucuz qiymətə olması devalvasiyadan öncə idi. Dolların qiymətinin artması ilə qonşu ölkədə müalicə də xəyala çevrilməkdədir. Gürcüstanda səhiyyə sığortası yerli vətəndaşlar üçün qüvvədə olduğundan, onlar bu prosesdən qazanclı çıxır. Amma ekspertlər azərbaycanlı xəstələr üçün Gürcüstan səhiyyəsinin o qədər də uğurlu alternativ olmadığı qənaətindədir.
Bütövlükdə dünyanın hər yerində öz ölkəsindən kənarda tibbi müayinə və müalicəyə gedənlər var. Bu, bir tendensiya sayılır. Bir çox hallarda müəyyən fərqlər müqabilində hətta inkişaf etmiş ölkələrin də özlərindən başqa yerə müalicəyə gedənlər var. Məsələn, Türkiyədə yaşayır, amma Almaniya və ya Amerikada cərrahiyyə əməliyyatı olunur.
Ekspertlərə görə, Azərbaycan səhiyyəsinin ayrı-ayrı qolları artıq Qərb, Avropa səhiyyəsinə inteqrasiya edir. Xarici ölkələrdə oxumağa və ya ixtisasartırma kurslarına və ya təcrübə üçün xarici klinikalara gedən mütəxəssislər bir müddət sonra ölkəyə qayıdıblar. Amma bu günə qədər Gürcüstan səhiyyəsindən narazı qalanlar da az deyil. Yaxın ətrafımızda buna dair bir neçə nümunənin olması şübhələri artırmağa bəs edir. Bəzi hallarda yanlış müalicə, diaqnozun qeyri-dəqiq qoyulması xəstələrin qonşu ölkədən də naümid qayıtmasına səbəb olub. Odur ki, qərar vermədən öncə stereotiplərə çox inanmamaq, təcrübələri dərindən gözdən keçirmək lazımdır.
Sevinc TELMANQIZI,
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi