Yeni şəxsiyyət vəsiqəsi təqdim olundu – FOTO

img

05-12-2017 [15:09]


Yeni şəxsiyyət vəsiqələri "Bakutel” sərgisində təqdim olunub.

Qeyd olunur ki, yeni vəsiqələr 2019-cu ildən istifadəyə veriləcək.Yeni nəsil şəxsiyyət vəsiqlərinin bir çox üstünlükləri olacaq. Belə ki, bu vəsiqəni əldə edən şəxslərin artıq elektron imza sertifikatı almasına ehtiyac qalmayacaq: 

"Elektron daşıyıcısı (çipi) olan yeni nəsil şəxsiyyət vəsiqələrinin əsas özəlliyi odur ki, onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatları daxil ediləcək. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək. Bununla da vətəndaşlar e-imza sertfikatı almaq məcburiyyətində qalmayacaq”.

1news.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA