“İsmayıl hər cümə məsciddə namaz qılırdı...” - 12 yaşında intihar edən uşaqla bağlı açıqlama

img

05-12-2017 [10:51]


"Ləki qəsəbəsinin məscidi və axundu var. Hər cümə günü məsciddə namaz qılınır. İsmayıl Adıgözəlov da namaz qılma mərasimlərində həmişə iştirak edib”.

Mia.az xəbər verir ki, bunu "Qafqazinfo” ya açıqlamasında Ləki qəsəbə İcra Ərazi vahidliyi üzrə nümayəndəliyin sədri Fəxrəddin Abbasov məktəblinin intihar etməsindən danışarkən deyib.

O bildirib ki, məktəblinin 13 yaşı olub: "Ailədə heç bir problemi yox idi. Onu tanıyanlar bilir ki, İsmayıl yaşına görə alicənab uşaq olub. Ailədə iki qız, bir oğlan olublar. Atası da işsizdir. Dünən yazdığı məktubu tapıblar. Polis araşdırmaq üçün götürüb. Bu gün 3 mərasimidir. Məsciddə tək o namaz qılmağa gəlmir ki...Orada çoxlu adamlar namaz qılır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA