Nazirliklə DSX reyd keçirdi - Cüyür ovçuları yaxalandı

img

04-12-2017 [16:49]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Şəki rayon Baş Kəldək kəndinin dağlıq meşə ərazisində birgə keçirdikləri reyd zamanı qanunsuz cüyür ovlanması faktı aşkar edilib.

Nazirlikdən verilən məlumata görə, reyd zamanı meşə ərazisində "Niva” markalı, 55 BD 533 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı başı boğazından kəsilmiş, dərisi soyulmuş, çəkiləri 9 və 13 kiloqram olan 2 baş cüyürün əti və 2 ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırma zamanı qanun pozucularının Şəki rayon Baş Kəldək kənd sakinləri Dağlar Hüseynov, Telman Məmmədov və oğlu Alim Məmmədovun olduğu müəyyən edilib. Təqsirkar şəxslər barəsində protokollar tərtib olunub və hazırda onların məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA