?Elm haqqında? qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq

img

01-09-2010 [01:32]


?Elm haqqında? qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaqdır. Qanun layihəsinin hazırlanması prosesi artıq başa çatıb. Bu barədə məlumatı parlamentin elm və təhsil komitəsindən veriblər. Komitədən bildiriblər ki, elmi dərəcələrlə bağlı məsələ ?Təhsil haqqında? Qanunda əksini tapıb. ?Elm haqqında? Qanunda isə bu prosesin bəzi detalları, mexanizmləri müəyyənləşib. Elmi dərəcələrin verilməsi ilə bağlı dünyadakı təcrübə ölkəmizdə də tətbiq olunmalıdır. Amma burada əvvəlcə ?Təhsil haqqında? Qanuna əsaslanmaq lazımdır. ?Təhsil haqqında? Qanunun müddəaları 5-ildən 10 ilə qədər qüvvədə olmalıdır. Həyat inkişaf etdikcə qanunlar da təkmilləşdiriləcəkdir. Bu mənada elmi dərəcələrin verilməsi məsələsinə gələcəkdə yenidən baxıla bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA