04-12-2017 [15:08]
Respublika ərazisində sürüşmə və uçqun sahələrinin vəziyyəti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov apa-ya deyib ki, Astara rayonunda Miki və Kijəbə, Deqədi-Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də uçqun və sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb.
Onun sözlərinə görə, Lənkəran-Lerik yolunun 17-19, 27-29 və 45-47-ci km-də uçqun-sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən nisbi aktivlik baş verib və yol boyu yamacda yeni lokal sürüşmə və uçqun sahələri yaranıb: "Eyni zamanda, Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsi aktivləşib. Lənkəranda Gəgiran sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən nisbi aktivlik qeydə alınıb və bir neçə yerdə yeni sürüşmə sahələri əmələ gəlib. Masallı-Yardımlı yolunun 13-15 və 24-26 - cı kilometrliklərində yamac boyu uçqun-töküntü və sürüşmə sahələri yaranıb. Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım müşahidə olunub. Yol boyu bir neçə yerdə uçqun hadisəsi baş verib”.
Ekspedisiya rəisi bildirib ki, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-də sürüşmə aktivləşib, yeni uçqun hadisələri müşahidə olunub: "Siyəzəndə Sədan sürüşmə sahəsində də aktivləşmə qeydə alınıb. Şabranda Qazbabalı sürüşmə sahəsində isə aktivlik davam edir. Quba-Xınalıq avtomobil yolunun 36-46-cı kilometrliyində sürüşmə prosesinin dinamikasında aktivlik baş verib. Quba – Qonaqkənd avtomobil yolunun 37-40-cı kilometrliyində nisbi aktivlik müşahidə olunub, yol boyu yamacda yeni lokal sürüşmə sahələri yaranıb”.
Ə. Qaralov qeyd edib ki, Şamaxı şəhəri, 48 -A məhəlləsi sürüşmə sahəsində aktivlik müşahidə olunur. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Ay ərzində atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmənin parametrlərində ciddi artım qeydə alınıb: "Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib və nəticədə uçqun-töküntü hadisələri müşahidə olunub. Ərazidə bir neçə yerdə yol boyu yeni lokal sürüşmə sahələri əmələ gəlib. Şamaxı-Qaleybuğurd -Keçməddin avtomobil yolunun 24-25-ci kilometrliyində, ötən aylar ərzində Ağsuçayda baş vermiş sel hadisəsi nəticəsində Keçməddin kəndinə giriş yolunun 35-40 metr hissəsi tamamilə sıradan çıxıb və sahədə bir neçə yerdə yeni uçqun sahələri yaranıb”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi