Fazil Məmmədov bu nazirin yeznəsini vəzifəsindən azad etdi - Yeni təyinat

img

04-12-2017 [14:26]


Vergilər Nazirliyinin insan resursları departamentinin baş direktoru Faiq Şahbazov tutduğu vəzifədən öz ərizəsi ilə istefa verib.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, F.Şahbazov öz ərizəsini Vergilər Naziri Fazil Məmmədova təqdim edib. 

Nazir baş direktorun ərizəsini qəbul edib və Faiq Şahbazovu vəzifəsindən azad edib. 
Nazir onun yerinə kiçik vergi xidməti müşaviri Süleymanov Elməddin Nizaməddin oğlunu insan resursları departamentinin müvəqqəti baş direktoru vəzifəsinə təyin edib.

Xatılaladaq ki, Faiq Şahbazov Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun bacısının həyat yoldaşıdır.


    Digər xəbərlər
    SON XƏBƏRLƏR

    Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

    "Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA