Şəxsiyyət vəsiqələri ilə bağlı daha bir yenilik - Nazir müavini açıqladı

img

04-12-2017 [12:50]


Gələn ildən Azərbaycan vətəndaşlarına veriləcək yeni növ şəxsiyyət vəsiqələrində elektron imzalar yazılacaq. Bu elektron imzaların yazılması ödənişsiz olaraq həyata keçiriəcək.

Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Onun sözlərinə görə, elektron xidmətlərdən yeni şəxsiyyət vəsiqələri ilə isitifadə etmək imkanı yaranacaq.

Bildirək ki, həmin şəxsiyyət vəsiqələri 5 il müddətinə verildiyi üçün imzalar da bu müddətdə qüvvədə olacaq. Qeyd edək ki, hazırda ölkədə mövcud olan elektron imzalar 3 illik verilir/report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA