“Hacı ilə 2 həftə əvvəl görüşmüşdük...” - Bacısı danışdı

img

04-12-2017 [10:31]


İntihar edən Hacı Məmmədovun ailəsi onun ölümündən xəbərsizdir.

Mia.az xəbər verir ki, "Qafqazinfo”ya açıqlama verən bacısı Arifə Məmmədova deyib ki, hələ də yaxınlarına rəsmi məlumat verilmir: "Dərd budur ki, jurnalistlər yazır, biz türməyə zəng edirik, deyirlər Hacı sağ-salamat oturub. Dünən axşam da danışdım, bu gün də biraz əvvəl danışdıq. Cavab verdilər ki, hər şey yaxşıdır. Jurnalistlərə deyirlər, bizə niyə demirlər? Oturub gözləyirik. İki həftə əvvəl onunla görüşmüşdük, hər şey yaxşı idi”.

Qeyd edək ki, H.Məmmədov dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində özünü asaraq intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ( özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA