Səlim Müslümov: "Pensiyaların son artımı üçün əlavə 50 milyon manat lazımdır"

img

01-09-2010 [12:48]


Prezident İlham Əliyevin pensiyaların baza hissəsinin 13,3% artırılaraq 75 manatdan 85 manata yüksəldilməsi barədə verdiyi sərəncamdan 1 291 200 nəfərə yaxın pensiyaçı yararlanacaq. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu ilin iyul ayının 1-ə olan məlumata əsasən, 1 291 139 nəfərdir. İlin sonunadək pensiyaçıların sayının 1 291 308 nəfərə çatacağı gözlənilir. S.Müslümov onu da vurğulayıb ki, 2010-cu ilin sonunadək bu pensiyaların maliyyələşdirilməsi üçün əlavə 50 mln. manat vəsait tələb olunur. Pensiyaların maliyyəlışdirilməsində hec bir problem yaranmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA