02-12-2017 [23:34]
Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədən azad ediləndən və onun nazirliyi ləğv olunandan sonra onun mal-mülkünün, biznesinin əlindən alınması prosesi başladı.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, uzun illər ərzində onun müxtəlif vəzifələrə yerləşdirdiyi qohumları, yaxınları, kadrları tutduqları postlardan kənarlaşdırılmağa başladılar. Əlbəttə, dövlət rəhbərliyi bu addımları atmaqda tam haqlıdır. Nədən ki, Ziya Məmmədov nazir səlahiyyətlərindən sui-istifadə edərək, məhz dövlətdən oğurladığı pullar hesabına oliqarxa çevrilmişdi.
Onun oğlu Anar Məmmədovun idarəetməsinə verdiyi böyük biznesi - tikinti, sığorta şirkətləri, "Bank of Azeribaijan", özəl mülkə çevirdiyi Bakı Beynəlxalq Avtovağzalı, Qubadakı istirahət mərkəzi, Ucardakı heyvan və quşçuluq fermaları, ölkə boyunca saysız-hesabsız villaları xalqdan, büdcədən xortumladığı vəsait hesabına idi.
Həmin mülklər, biznes strukturları təbii ki, xalqa, cəmiyyətə harınlıq səviyyəsində davranışlar sərgiləyən, nəhayətdə çörəyini yedikləri iqtidara qarşı siyasi səhvlər edən Məmmədovların əlində qala bilməzdi.

Yuxarıda sadalanan mal-mülkləri, biznes strukturları Ziya Məmmədovun əlindən alınıb. Onun aşkarlanan villaları da bu və ya digər şəkildə dövlət nəfinə keçirilib. Məsələn, oktyabrın sonunda Ziya Məmmədovun Göyçayın Potu və Hüngütlü kəndləri ərazisindəki 40 hektardan çox bağ sahəsi və o ərazidə inşa etdirdiyi möhtəşəm villası əlindən alındı, "AzNAR" QSC-nin balansına verildi. Həmin mülkə görə "AzNAR"ın ödədiyi 4,5 milyon manat isə Ziya Məmmədovun nazir olarkən dövlətə vurduğu ziyanın bir qismi kimi dövlətə köçürüldü.
Nəzərə çatdıraq ki, Ziya Məmmədov nazir postundan uzaqlaşdırılandan və Nəqliyyat Nazirliyi bir struktur kimi ləğv edilib, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə birləşdiriləndən sonra sabiq nazirin dönəmində NN-də baş verən maxinasiyalar araşdırılıb və 100 milyon manatdan çox büdcədən oğurladığı üzə çıxıb. Məmmədova mal-mülkünü satıb, zərəri ödəmək şərti qoyulub.
Bundan başqa, Z.Məmmədov nazir postundan uzaqlaşdırılandan sonra onun ən yaxın adamları - hansı ki, onun korrupsiya maşınları sayılırdılar - tutduqları postdan kənarlaşdırıldılar. İlk vurulanlardan biri də Göyçayın icra başçısı Mübariz Ağayev olmuşdu.

Mübariz Ağayev
Bu gün isə prezidentin sərəncamı ilə Qubanın icra başçısı, Ziya Məmmədovun qohumu və kadrı Yaşar Məmmədov tutduğu vəzifədən azad edilib. Y.Məmmədov Qubadan əvvəl Ucarın icra başçısı idi. İnsanlara qan uddurmaqla yaddaşlarda qalıb.

Yaşar Məmmədov
Ziya Məmmədovun kadrları bununla məhdudlaşmır. Hazırda Ucarın icra başçısı olan Mənsur Məmmədov, Zərdabın icra başçısı Lütfəli Babayev də Z.Məmmədovun birbaşa kadrı olmuş şəxslərdir. Mənsur Məmmədov Ziya Məmmədovun yaxın qohumudur.

Lütfəli Babayev
![]()
Mənsur Məmmədov
Heç şübhəsiz ki, Yaşar Məmmədovdan sonra növbə onlarındır.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi