Azərbaycanda akkreditasiya sistemi ilə bağlı yeni dövlət standartları qəbul edilib

img

01-09-2010 [11:42]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi akkreditasiya sisteminin Avropa standartları əsasında inkişaf etdirilməsi üçün yeni Dövlət standartlarını qəbul edib. Komitənin mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, təsdiq olunmuş yeni standartlar AZS 11.1.001-2010 ?Azərbaycan Respublikasının Akkreditasiya Sistemi. Əsas müddəalar?, AZS 11.1.003-2010 ?Azərbaycan Respublikasının Akkreditasiya Sistemi. Reyest? adlanır. AZS 11.1.001-2010 ?Azərbaycan Respublikasının Akkreditasiya Sistemi. Ümumi müddəalar? standartı sertifikatlaşdırma üzrə orqanların, sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası və keyfiyyətin, ətraf mühitin və digər idarəetmə sistemlərinin tətbiqi ilə bağlı hüquqi və fiziki şəxslərin konsaltinq və sertifikatlaşdırma fəaliyyətinin razılaşdırılması işlərinin təşkili və aparılmasının əsas müddəalarını müəyyən edən ?zərbaycan Respublikasının Akkreditasiya Sisteminin təməl standartıdır. Standart ?zərbaycan Respublikasının Akkreditasiya Sisteminin fəaliyyətində iştirak edən fiziki və hüquqi şəxslər üçün məcburidir. AZS 11.1.003-2010 ?Azərbaycan Respublikasının Akkreditasiya Sistemi. Reyest? standartı Azərbaycan Respublikasının AZƏRİAK Akkreditasiya Sisteminin Reyestrinin strukturuna, tərkibinə və onun aparma qaydalarına ümumi tələbləri müəyyən edir. Bu standartın müddəaları Azərbaycan Respublikasının Akkreditasiya Sisteminin fəaliyyətində iştirak edən fiziki və hüquqi şəxslər üçün məcburidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA