Nəqliyyat naziri Koreyada keçiriləcək konqresdə iztirak edəcək

img

01-09-2010 [11:16]


Bu il 25-29 oktyabr tarixlərində Cənubi Koreya Respublikasının Busan şəhərində Dünya İntellektual Nəqliyyat Sistemləri Konqresi keçiriləcək. Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu beynəlxalq tədbirdə dünyanın inkişaf etmiş ölkələrində mövcud olan intellektual idarəetmə sistemlərinin təcrübəsi nəzərdən keçiriləcək, yeni texnologiyaların tətbiqi müzakirə olunacaq. Konqresdə ölkəmizi nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Yaxın vaxtlarda Azərbaycanda da nəqliyyat əməliyyatlarının intellektual idarəetmə sisteminin tətbiq olunacağını nəzərə alsaq, konqresin ölkəmiz üçün çox faydalı və əhəmiyyətli bir tədbir olduğu aydın olar. Qeyd edək ki, Bakı şəhərində bu sistem Koreyanın Seul şəhərinin təcrübəsi əsasında ən son texnologiyaların tətbiqi ilə reallaşacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA