01-12-2017 [14:20]
"Azərbaycan-Əfqanıstan əlaqələri çox uğurla inkişaf edir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə deyib.
Dövlət başçısı qeyd edib: "Hörmətli cənab Prezident, əziz qonaqlar, Azərbaycana bir daha xoş gəlmisiniz. Cənab Prezident, Sizi görməkdən çox məmnunam. Gəlişinizə görə minnətdaram. Bu, Sizin ölkəmizə artıq üçüncü səfərinizdir. Eyni zamanda, bizim bir çox beynəlxalq tədbirlər zamanı görüşmək imkanımız olub. Çox yaxşı şəxsi münasibətlərimiz qurulub. Həmçinin ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir.
Əvvəlcə, mən Sizi və hökumətinizi ölkənizdə inkişaf sahəsində əldə etdiyiniz nailiyyətlərə görə təbrik etmək istərdim. Yanaşmanız Əfqanıstan üçün islahatların yaxşı sürətlə getməsini mümkün etdi. Şadam ki, əməkdaşlığımızın bir hissəsi islahatlarla, xüsusən də dövlət sektoru və digər sahələrlə bağlıdır”.
İlham Əliyev Azərbaycan və Əfqanıstanın dost və tərəfdaş olduğunu bildirib: "Çox güclü siyasi münasibətlərimiz var. Bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik. İqtisadi və ticari sahələrdə böyük potensial mövcuddur. Bunları Sizinlə artıq müzakirə etdik. Onların sırasında daşımalar və enerji sahələri var. Bu gün keçirdiyimiz təkbətək görüşümüzdən sonra nümayəndə heyətlərimiz gündəliyimizi daha geniş şəkildə müzakirə edəcəklər. Mən ikitərəfli iqtisadi fəaliyyət sahəsində çox sıx çalışmaq üçün aidiyyəti rəsmi şəxslərə müvafiq göstərişlər vermişəm. Cənab Prezident, bir daha xoş gəlmisiniz”.
****
"Azərbaycan və Əfqanıstan arasında yaxşı gələcəyi olan əlaqələr qurulub". Bunu Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani deyib.
M.Ə.Qani bildirib: "Bismillahir-rəhmanir-rəhim. Cənab Prezident, Bakıya gəlməyimiz məmnunluğa çevrilib. Buraya səfərimi, eləcə də mümkün olan təqdirdə hər bir beynəlxalq tədbirdə Sizinlə görüşməyi səmimiyyətlə arzulayırdım.
Əvvəlcə, böyük nailiyyətlərlə bağlı Sizi bir daha təbrik etmək istərdim. İcazə verin, illər boyu verdiyiniz dəstəyə görə Əfqanıstan xalqı adından Sizə bir daha minnətdarlığımı bildirim. NATO qüvvələrinin marşrutu, demək olar ki, kəsildiyi zaman, Siz öz hava dəhlizinizi açdınız”.
Prezident əlavə edib: "Bakının gözəlləşdirilməsinə, onun yüklərin sürətli çatdırılma mərkəzinə çevrilməsinə böyük həcmdə resurslar ayırdınız. İndi isə artıq Lapis-Lazuli sazişi imzalanıb.
Fikrimcə, aramızda səmimi şəxsi münasibətlər, o cümlədən ölkələrimiz arasında yaxşı gələcəyi olan əlaqələr qurulub. İcazə verin, öz mülahizələrimi bildirim. Sonra isə, göstərişlərimiz əsasında həmkarlarımız işləyə bilərlər. Əvvəlcə, Sizin təcrübənizdən öyrənməyi çox arzulayırıq. Rabitə Nazirliyimiz hazırda "ASAN xidmət”i ölkəmizdə həyata keçirir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi