Prezident ilham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı sərəncam imzalayıb

img

31-08-2010 [08:05]


Prezident İlham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı sərəncam imzalayıb. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilib. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna qanunvericiliklə müəyyən olunmuş müvafiq hallarda Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanmasını təmin etmək tapşırılıb. Nazirlər Kabinetinə isə müvafiq sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub. Prezidentin digər sərəncamı ilə isə minimum aylıq əməkhaqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA