"Regionun bütün ölkələri dayanıqlı dialoqda iştirak etməlidir" - Çavuşoğlu

img

01-12-2017 [11:46]


"Effektiv regional əməkdaşlıq Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi üçün mühüm şərtdir".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində deyib.

Türkiyə XİN başçısı İstanbul prosesinin dərin köklərə, uzun tarixə malik olduğunu, lakin təəssüf ki, hələ Əfqanıstandakı böhranın həllində siyasi tərəqqi barədə danışmağın mümkün olmadığını bildirib.

"Etimadın bərpası üçün tədbirlərin kifayət qədər olmadığını hesab edirik. Terrorizm, narkotiklər və ekstremizm hamımız üçün təhlükə olduğundan ümumi maraqlardan çıxış etməliyik. Bu, bizdən daha çox səy göstərməyi tələb edir. Regionun bütün ölkələri dayanıqlı dialoqda iştirak etməlidir", - M.Çavuşoğlu vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA