"Azərbaycanla iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıyıq" - Əşrəf Qəni

img

01-12-2017 [11:35]


"Əfqanıstan Azərbaycanla iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır".

Bunu Əfqanıstan Prezidenti Əşrəf Qəni Bakıda "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, coğrafiya və siyasi iradə Əfqanıstan və Azərbaycanı yaxınlaşdırıb.

"Bizim əməkdaşlığımız regional təhlükəsizliyin gücləndirilməsinə və xalqlarımızın rifahının yaxşılaşdırılmasına xidmət edəcək", - prezident söyləyib.

O, Azərbaycanın öz təcrübəsinə əsasən, Əfqanıstandakı vəziyyəti yaxşı anladığını qeyd edib və iki ölkənin müharibə, qaçqın axını ilə üzləşdiyini xatırladıb. Ə.Qəni Əfqanıstanın Azərbaycanın iqtisadiyyatın inkişafındakı təcrübəsindən istifadə etmək niyyətində olduğunu bildirib.

Əfqanıstan prezidenti Azərbaycanla iqtisadi əməkdaşlığın gücləndiriləcəyinə və bir sıra sahələrdə iki ölkə arasında yeni əməkdaşlıq müqavilələrinin imzalanacağına ümid etdiyini vurğulayıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA