Heydər Əsədov əmr verdi, yeni idarə rəis təyin edildi

img

30-11-2017 [22:32]


Ağdam Rayon Kənd Təsərrufatı İdarəsinə yeni rəis təyinatı olub.

Kənd təsərrufatı naziri Heydər Əsədovun müvafiq əmri ilə Nəcəfov Teyyub İbrahim oğlu Ağdam rayon Kənd Təsərrufatı İdarəsinə yeni rəis təyin olunub.

İdarə rəisi bu gün rayon ictimaiyyətinə təqdim edilib.

Qeyd edək ki, rayonun Kənd Təsərrufatı İdarəsinin rəisi Allahverən Əliyev bir müddət əvvəl öz ərizəsi ilə işdən kənarlaşdırılaraq rayonun icra hakimiyyəti başcısının birinci müavini təyin edilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA