Orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanının nəticələrini açıqlandı

img

31-08-2010 [04:38]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb. TQDK-dan verilən məlumata görə, abituriyentlər iş nömrələrini və şifrələrini daxil etməklə tqdk.gov.az saytından nəticələri öyrənə bilərlər. Qəbul imtahanında iştirak etmək üçün 30671 abituriyent ərizə təqdim etmişdi. Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 623 ixtisas üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılıb. Ayrılmış 9576 plan yerindən 8539-u Azərbaycan bölməsinə, 242 yer rus bölməsinə, 795 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir. Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Quba şəhərlərində keçirilib. Bakı şəhərində 13962, Sumqayıtda 2169, Naxçıvanda 906, Gəncədə 3884, Lənkəranda 1667, Mingəçevirdə 1111, Şəkidə 1493, Şirvanda 1555, Ağcabədidə786, Göyçayda 1584, Qubada 1554 abituriyent imtahan verib. 1881 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 231 imtahan rəhbəri cəlb olunub. Bu imtahanlara nəzareətçi qismində müvafiq bölgələrin müəllimləri ilə yanaşı, ətraf bölgələrdən olan qabaqcıl müəllimlər də cəlb olunub. Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan veriblər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dil fənnindən də imtahan veriblər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA