Prezident İlham Əliyev Rumıniyanın dövlət başçısına məktub ünvanladı - Mətn

img

30-11-2017 [18:11]


Prezident İlham Əliyev Rumıniyanın dövlət başçısı Klaus Verner İohannisə məktub ünvanlayıb.

Mia.az həmin məktubu təqdim edir:

"Hörmətli cənab Prezident,

Rumıniyanın milli bayramı – Birlik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Rumıniyanı strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, daim genişlənən dostluq əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada müvəffəqiyyətlə davam edən əməkdaşlığımız bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA