Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan edildi

img

31-08-2010 [03:18]


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2010-cu il 1 sentyabr tarixindən 11 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 67 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan edib. Komissiyadan MİA-ya verilən məlumata görə, 65-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 2-si isə yerli məhkəmə orqanlarının aparatlarında olan vakant dövlət qulluğu vəzifələrindən 32-si müsabiqəyə, 35-i isə müsahibəyə çıxarılır. Müsabiqəyə çıxarılan vakant vəzifələrdən 22-si inzibati vəzifələrin altıncı təsnifatına, 9-u inzibati vəzifələrin yeddinci təsnifatına, 1-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir. ?Dövlət qulluğu haqqında? Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən ? test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər. Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq: Dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində; Qanunvericilik sahəsində; İnformasiya texnologiyaları sahəsində; Məntiqi düşünmə qabiliyyəti sahəsində. İmtahana hazırlaşmaq üçün ətraflı məlumat, Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq. Müsahibəyə çıxarılan vakant vəzifələrdən 25-i inzibati vəzifələrin altıncı təsnifatına, 1-i inzibati vəzifələrin yeddinci təsnifatına, 4-ü inzibati vəzifələrin səkkizinci təsnifatına, 5-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir. ?Dövlət qulluğu haqqında? Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları öz sənədlərini 30 gün, müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər. Müsabiqə və müsahibəyə dair ətraflı məlumat ?Respublika? qəzetinin 1 sentyabr 2010-cu il tarixli sayında və 1 sentyabr 2010-cu il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.gov.az və www.csc.gov.az veriləcəkdir. Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin dövlət orqanları üzrə sayı S/s Dövlət orqanı Vakansiya 1 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 19 2 Sənaye və Energetika Nazirliyi 10 3 Milli Arxiv İdarəsi 1 4 Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti 1 5 Zaqatala Rayon Məhkəməsi 1 Müsahibəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin dövlət orqanları üzrə sayı S/s Dövlət orqanı Vakansiya 1 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 21 2 Təhsil Nazirliyi 10 3 Sənaye və Energetika Nazirliyi 1 4 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 1 5 Gənclər və İdman Nazirliyi 1 6 Kəlbəcər Rayon Məhkəməsi 1

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA