Elmar Məmmədyarovla Mövlud Çavuşoğlu görüşdü - Bakıda + FOTO

img

30-11-2017 [10:10]


Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş olub.
 
APA-nın məlumatına görə, görüş Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin bu gün Bakıda keçiriləcək üçtərəfli görüşü çərçivəsində keçirilib.
 
Daha sonra hər 3 xarici işlər nazirlərinin görüşü olacaq.
 
Sonda nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.
 
Qeyd edək ki, Pakistan və Türkiyə xarici işlər nazirləri sabah Bakıda keçiriləcək "Asiyanın ürəyi-İstanbul prosesi" ölkələri xarici işlər nazirlərinin toplantısında da iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA