29-11-2017 [21:56]
Azərbaycan hökuməti REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrasının təminatı üçün Bakıya qarşı hüquqi hərəkətlərə başlamaq niyyətində olması barədə Avropa Şurası Nazirlər Komitəsinin xəbərdarlığına cavab verib.
Bu barədə REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli Facebook səhifəsində belə yazıb: "Azərbaycan hökumətinin AŞ Nazirlər Komitəsinə cavabında deyilir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılmasıyla bağlı tələbin olmadığına görə hökumətin məhkəmə qərarının icra yollarını seçmək ixtiyarı var. Əlavə olunub ki, hökumət məhkəmənin İlqar Məmmədovla bağlı qərarına uyğun olan gərəkli tədbirlər görəcək".
Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, hökumətin dəlilləri tutarlı deyil: "İlqar Məmmədovun Avropa konvensiyasının 18-ci maddəsi üzrə hüquqlarının pozulmasının tanınması faktı onun təqib edilməsinin siyasi xarakter daşıdığını təsdiqləyir. AİHM-in tarixində ərizəçilərin hüquqlarının pozulmasının tanınması il bağlı beş hal olub və onların hamısı azadlığa buraxılıb".
Xatırladaq ki, oktyabrın 25-də Avropa Şurası Nazirlər Komitəsi Bakıya rəsmi xəbərdarlıq edərək bildirib ki, İ.Məmmədovun həbs edilməsi və uzun müddət həbsdə saxlanılması Avropa İnsan Hüquqları Konvensiyasının bəzi maddələrinin pozulması ilə müşayiət edilib. Məhkəmə göstərib ki, müxalifətçinin təqib olunmasında və saxlanmasında məqsəd onu susdurmaq və ya hökuməti tənqid etdiyinə görə cəzalandırmaq olub.
Ancaq üç il keçsə də, İ.Məmmədov hələ də həbsdədir. Odur ki, Nazirlər Komitəsi işin Avropa İnsan Hüquqları Məhkəməsinə qaytarılması prosedurunun başlanması haqda qərar qəbul edib. Məhkəmə əvvəlki qərarın yerinə yetirilməməsinin Konvensiyanın əlavə olaraq pozulması sayılmasına dair əlavə qərar qəbul edəcək.
Qərarda qeyd edilib ki, Azərbaycan hökuməti noyabrın 29-dək öz rəyini yazılı formada təqdim etməlidir və bu məsələyə AŞ Nazirlər Komitəsi dekabrın 5-də yenidən baxacaq.
Onu da qeyd edək ki, REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. Şəhərə asayiş bərpa olunduqdan sonra getməsinə baxmayaraq, İ.Məmmədov kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.
2014-cü ilin mayında AİHM qərara alıb ki, İ.Məmmədovun həbs edilməsi və həbsdə saxlanılması Avropa konvensiyasının bir çox müddəasının pozulması ilə müşayiət edilib və onun azadlığa buraxılmasını tələb edib/amerikaninsesi.org.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi