"Rusiyanın Qarabağ planı fiaskoya uğrayıb, qışda böyük döyüş başlaya bilər...." - Sergey Klimovski

img

29-11-2017 [17:47]


"Rusiya çalışır ki, Donbasdakı döyüşlərin intensivliyini aşağı salıb, status-kvonu qorusun. O bununla dünyanın bu konflikti işğal edilmiş Azərbaycan əraziləri kimi unutmasına çalışır".

Bu sözlər ukraynalı tarixçi Sergey Klimovskinin "Obozrevatel” saytında dərc olunan məqaləsində yer alıb. 

Onun sözlərinə görə, Ukrayna böhranı hazırda Moskvanı Suriya və Qarabağ konfliktlərindən daha az narahat edir:

"Rusiyanın 20 il əvvəl Qarabağda asdığı silah Rusiyadakı seçkinin nəticələrini gözləmədən – qışda atəş aça bilər. 

Azərbaycan ordusunun Ukraynadan fərqli olaraq buradan böyük şəhərlərə hücum etmək kimi dərdi yoxdur. Qarabağın əhalisi 150 mindən o qədər də çox deyil. Bakının aprel müharibəsinin yenidən yaşanması və bu mövzunun birdəfəlik həll edilməsinə böyük ümidi var. Lakin bir fakt da var ki, Sərkisyan və Ermənistan ordusu buna qarşı güclü müqavimət göstərəcək. 

27 noyabrda belə informasiya yayıldı ki, Bakı Rusiyanın yeni səfiri Georgi Zuyevi erməniyönlü mövqeyinə görə qəbul etməkdən imtina edib. Bu diplomatik münasibətlərin pozulması yox, sadəcə "Bakı gözləməkdən yorulub” mənasına açıq işarədir. Moskvanın Qarabağda konfliktinin uzadılması strategiyası artıq işləmir, amma bu, Ukraynada hələ də effektivdir”.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA