Bakı Olimpiya Stadionunun nizamnamə kapitalı kəskin azalıb

img

29-11-2017 [09:20]


"Bakı Olimpiya Stadionu" MMC-nin nizamnamə kapitalı kəskin azalıb.

Bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir. Bildirilir ki, MMC-nin nizamnamə kapitalı 2,441 mln. manatdan 1000 manatadək azaldılıb.

Maraqlıdır ki, bu ilin iyunun 7-də "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda MMC-nin nizamnamə kapitalı 590,001 mln. manatdan 1000 manatadək azalması barədə məlumat yayılmışdı.

Bakı Olimpiya Stadionu 68700 tamaşaçı tutumlu, yüksək beynəlxalq standartlara uyğun dizayn edilib və tikilib.

2008-ci ildə ilkin mərhələ olaraq stadionun dizayn işləri başlayıb. Tenderdə bir neçə yerli və xarici şirkətlərin təklifi nəzərə alınıb. İqtisadi səmərəlilik, müasirlik, şəhərin arxitekturasına uyğunluq həmçinin texniki xüsusiyyətlər nöqteyi-nəzərdən təşkilatçılar Türkiyə şirkətinin təklif planını qəbul etdilər və bunun əsasında dizayn işləri davam etdirilib.

Stadion ərazisinin hazırlığı SOCAR-ın tikinti şirkəti tərəfindən həyata keçirilib. İlkin işlərə yaşıllaşdırma, stadionun bünövrəsini möhkəmlətmə və tam miqyaslı tikinti xidmətləri göstərilməsi üçün gələcək tenderlərin inkişaf planı aid idi.

Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimi 6 iyun 2011-ci ildə yəni Azərbaycan futbolunun 100 illik yubileyinə təsadüf edib.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA