İlham Əliyev silah çəkdi, nişan aldı - Fotolar

img

29-11-2017 [08:58]


Ötən gün Ağcabədidə səfərdə olan prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinə baş çəkib.

Burada müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana raport verib. İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb.

Ona interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.

Prezident özü də təlim silahlarına baxıb, onların atəş qabiliyyətini yoxlayıb.







Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA