Nalbandyan İran XİN başçısına təşəkkür etdi, belə cavab aldı: "İranla Ermənistan çox yaxşı qonşudurlar"

img

28-11-2017 [21:17]


İranın xarici işlər naziri Məhəmmədcavad Zərif noyabrın 28-də Yerevanda ermənistanlı həmkarı Edvard Nalbandyanla Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağbölgəsindəki münaqişəni müzakirə ediblər.

"Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, iranlı nazir səfər çərçivəsində Ermənistan-İran biznes-forumun açılışında iştirak edib, ölkə rəsmiləri ilə görüşüb.

İnformasiyaya əsasən, Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın tutduğu mövqeyə görə Məhəmmədcavad Zərifə təşəkkür edib.

İranlı nazir bildirib ki, İranla Ermənistan çox yaxşı qonşudurlar: "İranın bütün qonşularla münasibətləri normaldır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA