Efiopiyanın Azərbaycana Fəxri Konsulu təyin olunub - Görüş

img

28-11-2017 [14:40]


Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Efiopiya Federal Demokratik Respublikasının Azərbaycana təyin olunmuş Fəxri Konsulu Ceyhun Vəkil oğlu Ələkbərovu qəbul edib.
 
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş əsnasında Ceyhun Ələkbərov Fəxri Konsul təyinatı ilə əlaqədar patent sənədini səfir Pərvin Mirzəzadəyə təqdim edib. Ceyhun Ələkbərov Fəxri Konsul kimi fəaliyyəti müddətində Efiopiya ilə Azərbaycan arasında dostluğun, mədəni və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
 
Səfir Pərvin Mirzəzadə xarici işlər naziri Elmar Məmmədyarovun bu ilin 8-10 noyabr tarixlərində Efiopiyada rəsmi səfərdə olduğunu və bu ölkənin rəsmi dairələri ilə məhsuldar görüşlər keçirdiyini xatırladaraq iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.
 
Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Fəxri Konsul Ceyhun Ələkbərova gələcək fəaliyyətində uğurlar arzu edib.
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA