28-11-2017 [12:44]
Noyabrın 8-də saat 19:30-da Bayraq meydanı yaxınlığında 90-FO-007 dövlət nömrə nişanlı "Jeep Grand Cherokee” markalı avtomobillə 3 uşaq anası olan qadını vurub hadisə yerindən qaçan avtomobilin əsl sahibinin adı məlum olub.
"Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, 90-FO-007 dövlət nömrə nişanlı ağ rəngli "Jeep Grand Cherokee” avtomobilinin birbaşa sahibi Binəqədi rayonunda qeydiyyatda olan Məmmədsadıqova Pakilə Şəmiddin qızıdır.
Həmin xanımın adına qara rəngli 90-OF-007 dövlət nömrə nişanlı digər "Jeep Grand Cherokee” avtomobili də var. Ancaq qara rəngli digər "Jeep Grand Cherokee” hazırda etibarnamə ilə 1962-ci il təvəllüdlü Şahbazov Əmrullah Şahbaz oğluna verilib.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü Könül Elton qızı Əkbərovanın dünyasını dəyişdiyi qəza noyabrın 8-də, saat 19:30-da Bayraq meydanı yaxınlığında baş verib. Həmin qəza zamanı 90-FO-007 dövlət nömrə nişanlı ağ rəngli "Jeep Grand Cherokee” avtomobili Könül Əkbərovanı vurub. Nəticədə 3 uşaq anası olan qadın hadisə yerində keçinib.

Könül Əkbərovanın anası, Bakı şəhər sakini Bəsti Qədim qızı Qədimova isə qızının həmin avtomobili idarə edən 17 yaşlı Rəhim adlı şəxs tərəfindən vurulduğunu söyləyib.
Bəsti Qədimova deyib ki, həmin vaxtı avtomobili 17 yaşlı Rəhim adlı gənc idarə edirmiş:
"Bildiyimə görə, Rəhim Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsidir və Əmrullah Şahbazovun övladıdır. Qızımı maşınla vuran şəxs maşını orada qoyub və hadisə yerindən qaçıb. Sonradan bildik ki, həmin maşını Rəhim adlı 17 yaşlı bir oğlan idarə edib. Onlar 3-4 maşınla Salyan şosesində yerləşən "Manqal” restoranına gedirmişlər. Bunlar dövlətlilərin uşaqları olub, ad gününə, yeyib-içməyə gedirmişlər. Qəzanı törədib və maşını orada qoyaraq qaçıb. Qızıma yardım etməyiblər, xəstəxanaya aparmayıblar”.
Vasif Həsənli
Ölkə.Az





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi