QAT və Qubadlı ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət etdi

img

31-08-2010 [11:57]


Bu gün Azərbaycanın Qubadlı rayonunun ermənilər tərəfindən işğalından 17 il ötür. Bu münasibətlə Qubadlının ictimaiyyətinin nümayəndələri və Qarabağ Azadlıq Təşkilatının üzvləri Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar. Şəhidlərin anım mərasimi bu gün həmçinin Sumqayıt şəhərində keçirilib, Şəhidlər Xiyabanı ziyarət edilib. Qeyd edək ki, 1993- cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan ordusu Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib, Muradxanlı kəndinə daxil olub. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutub və həmin gecə Xanlıq kəndinə qədər olan bütün yaşayış məntəqələri ermənilərin əlinə keçib. 1993-cü il avqustun 31-də hərtərəfli mühasirəyə düşən Qubadlı sakinlərinin ərazini tərk etməkdən başqa çarəsi qalmayıb. Rayon uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Ümumililikdə isə Qubadlı 230 şəhid verib, 146 nəfər əlil olub. Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA