28-11-2017 [10:29]
Uzun müddətdir yalnız səhhətindəki problemlərlə gündəmdə olan dəyərli aktyor, xalq artisti Rasim Balayevin sağlamlığına qovuşmasına az qalıb. Dövlət dəstəyi nəticəsində aktyorun müalicəsi üçün Türkiyədən həkim çağırılıb. Aktyor yaxın günlərdə müalicə olunacaq.
Mia.az xəbər verir ki, Rasim Balayev müalicəsi və başqa məsələlərlə bağlı Kult.az-ın suallarını cavablandırıb.
- Rasim bəy, indi özünüzü necə hiss edirsiniz?
- Şükür, bir az yaxşıyam. Dərmanlarımı qəbul edirəm, görək, sonu necə olur...
- Türkiyəyə getməli idiniz. Necə oldu ki, getmədiniz, ancaq həkim gəlməli oldu?
- Əvvəlcə mənə bildirdilər ki, Türkiyədə belə bir həkim var, səni onun yanına aparırıq. Ancaq sonra məlum oldu ki, həkim yaxın günlərdə Bakıya gəlir. Ona görə getməyim təxirə salındı. İndi də həkimi gözləyirik. Yaxın günlərdə Bakıda olmalıdır. Bu barədə mənə məlumat veriləcək. Hələ ki, gözləyirəm.
- Həkim gələnə qədər hansısa analizlər verirsinizmi, müayinədən keçmisinizmi?
- Vallah, elə bir müayinə yoxdur ki, keçməyim. Evdə bir kitab analiz kağızı var - analiz cavabları, müayinələr, MRT cavabları. Nə lazımdırsa, edilib.
Mənim problemim belimlə əlaqədardır. Bel hissəmdə yırtıq var və o da sinirlərimi sıxır. Sol ayağımın hərəkətinə mane olur. Ayağımı yaxşı ata bilmirəm.Gəzməyinə gəzirəm, əlbəttə. Ancaq ağrılarım olur. Sol ayağımı atanda ağrıyıram. Bir də sinir sistemimdə narahatlıq var. Dərman deyiblər, onu qəbul edirəm.
Həmişə özümə arzu edirdim ki, ay Allah, mənə elə xəstəlik ver ki, müalicəsi mümkün olsun. İndi bir dostum var, deyir, bunu arzulamırdın?
- Əməliyyata ehtiyac varmı?
- Yox, əməliyyata ehtiyac yoxdur. Burada baxan həkimlər deyib ki, əməliyyatlıq deyilsən. Həkimlərin sözlərinə görə, protrurya 7-8 millimetr olanda əməliyyat edilir, ancaq məndə 3 millimetrdir. O ancaq müalicə olunmalıdır. Hazırda klinikaların birində fizioterapiya qəbul edirəm. Gözləyirəm, görək həkim gələndən sonra nə deyəcək.
- Müalicəniz bitdikdən sonra sizi yenidən çəkiliş meydançasında görə biləcəyikmi?
- Səhnə adamını, aktyoru xəstələndirən işsizlikdir. Bu o demək deyil ki, mən pulsuzluqdan şikayət edirəm. Mən işləsəydim, rollarım olsaydı, çəkiliş meydançasında olsaydım, səhhətimdə yaxşı olardı, ağrılarım olmazdı. İndi bekarçılıqdan, işsizlikdən fikir edirəm. Bu məni xəstə, əsəbi edir, ağrılarımı artırır. Mən çəkiliş meydançasında ağrılarımı unuduram və özümü yaxşı hiss edirəm. Çəkiliş olsa, vallah, düzələrəm.
O vaxt xəstə idim, xəstəxanada yatırdım, "Nəsimi” filminin ssenarisini gətirdilər. Xəstə də olsam, filmə çəkildim və çəkiliş vaxtı heç bir dəfə də yadıma düşmədi ki, xəstəyəm. O filmdən sonra tamam sağaldım. Uzun müddət, hətta lap uzun müddət çox yaxşı oldum.
Bizim kimi hiss, ruh adamlarına, emosional insanlara belə şeylər çox təsir edir. Mən ilk dəfə 1973-cü ildə bu vəziyyətə düşmüşdüm, bir də indi.
40 ilə qədər həyatımı çəkiliş meydançasında keçirmişəm. Birdən-birə bunlar hamısı kəsildi, dayandı, çəkilişlər olmadı, dəvət gəlmədi. Adam özünə qapılır, əsəbləri dözmür, sıxılır, əsəb sistemində problem yaranır. Buna dözmək olar? Ürəyim partlayır, az qala. Bu da əlavə problemlər yaradır. Mən, əlbəttə, həkimə gedirəm, müalicə alıram. Ancaq niyə bütün bunlar təsir etmir? Çünki iş yoxdur, işsizəm, sıxılıram, çəkilmək istəyirəm, rol almaq, rol oynamaq istəyirəm.
- Dəvət və təkliflər yoxdur? Axı sizin kimi əvəzedilməz aktyorlara çox ehtiyac var.
- Seriallara çağırırlar, ancaq ürəyimcə olmur. Ona görə fikirləşirəm ki, orada çəkilmək mənasızdır. Ürəyimcə bir iş olsa, o iş üçün ürəyimi də qoyaram. Mən səhnə adamıyam. Oynamaq, işləmək istəyirəm. Evdə oturmaq mənlik deyil.
- Yəni ürəyinizcə olan heç bir təklif yoxdur?
- Hazırda yaxşı ssenari var, təklif ediblər. Hələ bir söz deməmişəm. Görək də. Olsa, əlbəttə, yaxşı olar. Gedərəm, başım qarışar, işləyərəm, özümə gələrəm yenidən. Vallah, çəkiliş meydançasında ağrılarımı da unudaram. Allah Fuad Poladova da şəfa versin. İkimiz də sağalaq, filmə çəkilək, inşallah!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi