Zərrab ABŞ kəşfiyyatı ilə anlaşdı, ittiham dəyişdi, şahid kimi məhkəməyə çıxacaq - Türkiyəyə qarşı təhlükəli oyun başlayır

img

27-11-2017 [21:24]


ABŞ-da həbsdə saxlanılan və bu həftə hakim qarşısına çıxarılacağı deyilən iranlı iş adamı Rza Zərrab davasında gözləniməz hal yaşanıb.

Mia.az Star TV-yə istinadən xəbər verir ki, Zərrabın məhkəməsi bu həftə baş tutmayacaq: "Bu həftə "Halkbank" sədrinin beynəlxalq əlaqələr üzrə müavini Mehmet Hakan Atilla hakim qarşısına tək çıxarılacaq. Nyu-York məhkəməsi Zərrabın ümumiyyətlə, daha  məhkəməyə çıxarılmayacağını açıqlayıb. O, prosesə şahid kimi çıxacaq. Bu isə onun Türkiyə əleyhinə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və prokurorları ilə gizli anlaşmaya getməsi haqda aylardır davam edən fikirləri qüvvətləndirdi, daha dəqiqi, təsdiqlədi".

Qeyd edək ki, türk ekspertlər Zərrabın ABŞ-ın kəşfiyyat və istintaq orqanarı ilə əməkdaşlığa getməklə, Türkiyəyə qarşı təhlükə yaradan ifadələr verə bilər: "Görünür, o, anlaşmaya gedib ki, Hakan Atilla məhkəməyə tək çıxarılır. Bu isə o deməkdir ki, önümzdəki həftələrdə onu şahid kimi yönlədirərək, Türkiyəni dünyada etibarsızlaşdırmağa çalışacaqlar. Zərrab hətta Türkiyənin bir çox dövlət rəhbərlərinin adını hallandırıb, onları qanunsuz əməliyyatlarda ittiham edəcək açıqlamalar da verə bilər". 

Onu da qeyd edək ki, Zərrab Türkiyənin "Halkbank" vasitəsi ilə ABŞ-ın İrana qarşı 2010-2015-ci illərdə tətbiq etdiyi sanksiyanı "dəlmək"də ittiham edərək, həbs edilib. Onun həbsi zamanı Türkiyənin bəzi dövət rəsmiərinin və türk bankının adının hallanmasından sonra isə adıçəkilən bank rəhbərliyi Mehmet Hakan Atillanı ABŞ-a göndərib. Lakin Hakan Atilla orada dərhal həbs edilib, istintaqa cəlb olunub. İndisə Zərrabsız, yəni tək mühakimə olunacaq.

Onu da xatırladaq ki, Zərrab davası Ərdoğan səviyyəsində Türkiyənin əsas gündəmlərindən biridir. Ərdoğan dəfələrlə Zərrab və bankirin həbsinə görə ABŞ-a sərt mesajlar verib və onların dərhal azad olunmasına çağırış edib. Prezident açıq bəyan edib ki, Zərrab davası ABŞ-a boyun əyməyən Türkiyəni cəzalandırmaq üçün qurulmuş bir tələdir: "Biz çox yaxşı bilirik ki, bu dava hüquqi deyil, siyası davadır, ancaq biz bu oyunu da pozacağıq. Qoy hələ məhkəmə başlasın, dünyanı onlara dar edəcəyik, nə varsa, hər şeyi açıq şəkildə danışacağıq...".

Yeri gəlmişkən, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi 3 gün əvvəl  Zərrabın Türkiyəyə qarşı ifadə verəcəyi haqda gəzən söhbətlərə çox sərt cavab verib.

Mia.az xəbər verir ki, o, "Milliyet"ə verdiyi açıqlamada "Rza Zərrabın canı cəhənnəmə olsun" deyib: 

"Nə olursa olsun, canı cəhənnəmə. Bunun Türkiyəyə nə zərəri var, anlamıram. Türkiyəyə nə zərəri olur, nə edər. Etiraf etsə, nə deyəcək ki? Nəyi etiraf edəcək? 

Sonunda vasitəçilik eləmiş "Xalq Bank"ımız var. "Xalq Bank"ın əməliyyatındakı nə almışıqsa, qarşılığında pul vermişik. İran da bu pulu embarqo xaricində aldığı məhsulların xərcinə sərf edib. "Xalq Bank" bu pulları onlara ödəyib. Heç bir şeyi saxlamayıb, gizli etməyib və son dərəcə də şəffaf əməliyyat aparılıb".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA