27-11-2017 [12:38]
Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib.
BQP-dən Mia.az-a verilən məlumata görə, partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda ictimai siyasi vəziyyət, təşkilati məsələ, yerli təşkilatlarda hesabat- seçki yığıncaqlarının keçirilməsi vəziyyəti, partiyanın 2018-ci ildə fəaliyyətinin əsas istiqamətləri layihəsinin hazırlanması və digər məsələlər müzakirə olunub.
Partiya Başqanı öz çıxışında Milli Məclisdəki fəaliyyəti, iştirakçısı olduğu beynəlxalq və ölkə əhəmiyyətli tədbirlər, keçirdiyi görüşlər haqqında toplantı iştirakçılarını məlumatlandırdı, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrin əhatəli təhlilini verərək, seçki ilində partiya strukturları qarşısında duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqlarını verib.
İclasda təşkilati məsələ müzakirə olunub. Partiyanın Təşkilati məsələlər şöbəsinə tapşırıq verilib ki, rayon təşkilatının sədrinin vəfatı ilə əlaqədar olaraq yaxın bir ay ərzində Xətai rayon şöbəsində növbədənkənar konfrans keçirilməsini və müvafiq təşkilati məsələlərin həllini təmin etsin.
Siyasi Qurulda "Partiyanın 2018-ci ildə fəaliyyətinin əsas istiqamətləri haqqında sənədin layihəsini hazırlamaq üçün BQP Ali Məclisinin sədri Əjdər Əliyevin sədrliyi ilə İşçi Qrupunun yaradılması və dekabr ayının ortalarınadək həmin sənədin layihəsinin müzakirəyə çıxarılması haqqında qərar qəbul edilib.
İclas iştirakçıları rayon və şəhər təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqlarının gedişi haqqında Təşkilat şöbəsinin məlumatını dinləyib və yerli təşkilatlardakı konfrans və ümumu yığıncaqların gedişi vəziyyətinin qənaətbəxş hesab edilməsi barədə qərar qəbul edilib.
Siyasi Qurulda Soçi şəhərində Rusiya-Türkiyə-İran prezidentləri arasında keçirilən görüşün Suriyanın ərazi bütövlüyünün saxlanması, separatizmin və etnik millətçiliyin qarşısının alınması, bütövlükdə regionda sabitliyin bərqərar edilməsi, eləcə də Rusiya-Türkiyə münasibətlərində müşahidə edilən əməkdaşlıq və etimad mühitinin möhkəmlənməsinin Azərbaycanın da maraqlarına cavab verməsi baxımından əhəmiyyətli olması vurğulanıb.
İclas ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin səfərinə kəskin etirazını bildirib: "Əhalisi 7,5 milyon nəfər olan və güclü iqtisadiyyata malik İspaniyanın Kataloniya hökumətinin bütün rəhbər vəzifəli şəxslərinin təqib və həbs olunduğu, nüfuzlu beynəlxalq təşkilat və böyük dövlətlərin İspaniyanın ərazi bütövlüyünü birağızdan, xorla dəstəklədiyi halda, faktiki olaraq 100 mindən bir qədər artıq əhalisi olan Dağlıq Qarabağın işğalçı-şovinist separatçıların liderinin Ermənistanın diplomatik pasportu ilə səyahətinə şərait yaradılması gülünc göründüyü kimi həm də ikiüzlü və dualist standartların şəksiz nümunəsidir. Halbuki, təhlükəli separatizm meyllərinin qarşısının alınması və dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə əlaqədar vahid və birmənalı siyasətin yürüdülməsi Avropa İttifaqına üzv ölkələrin də üzləşdiyi problemlər nəzərə alınarsa, onların özləri üçün də həyati zərurət təşkil edir”.
Siyasi Qurulda Brüssel sammitinin Azərbaycan üçün çox faydalı keçdiyi qeyd olunub "Noyabrın 25-də Belçikanın paytaxtında keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin sammitinin yekununda qəbul edilən Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəklənib . Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəndin Avropa Birliyi ölkələri ilə ikitərəfli münasibətlərdə həmişə mövcud olmasına baxmayaraq, müxtəlif səbəblərdən bəndin bu vaxtadək sazişə salmağın mümkün olmaması nəzərə alınarsa, bu nəticəni uğur kimi qiymətləndirmək olar”.
Sonda cari məsələlər müzakirə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi