Tanınmış bəstəkarın oğlu "Azərpoçt"un baş direktoru postundan istefa verdi - Müəmmalı qərar + FOTO

img

27-11-2017 [09:45]


"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.
 
Mia.az APA-ya istinadən xəbər verir ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.
 
"Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.
 
Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.
 
"Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə "APA-Economics"ə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.

Ülvi MANSUROV

Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.
 
Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.
 
Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA