BQXK əsgərimizin əsir düzməsi faktını arazdırır

img

30-08-2010 [04:08]


Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyi Azərbaycan Ordusunun çavuşunun Ermənistan hərbçiləri tərəfindən əsir götürülməsi ilə əlaqədar qurumun Ermənistan nümayəndəliyinə müraciət edib. Bu barədə qurumun Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, BQXK çavuş Roman Hüseynovun əsir düşməsi barədə mətbuatdan xəbər tutub. Dərhal bu məlumatların araşdırılması üçün qurum Ermənistandakı nümayəndəliyə sorğu göndərib. Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələri avqustun 27-də bu ölkənin Müdafiə Nazirliyinə istinadən Azərbaycan Ordusunun çavuşu, 1985-ci il təvəllüdlü Hüseynov Roman Novruz oğlunun əsir götürülməsi barədə məlumat yayıb. Lakin Azərbaycan Müdafiə Nazirliyi, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumatı hələlik təsdiqləməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA