Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

26-11-2017 [14:09]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə  3-6° isti, gündüz  9-13° isti, Bakıda gecə  4-6° isti, gündüz  10-12° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 765  mm civə sütunundan  768 mm civə sütununa yüksələcək. Nisbi  rütubət   gecə  70-80 %, gündüz   55-65 %  olacaq. 
 
Noyabrın 27-də Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Lakin axşama doğru  bəzi şərq rayonlarında yağış,  dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA