Deputatın qardaşı işdən çıxarıldı - Nöqsanlarına və sağlam gəncləri ordudan yayındırdığına görə

img

25-11-2017 [14:15]


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri Fikrət Əliyev tutduğu vəzifədən azad olunub.

Mia.az xəbər verir ki, "Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, Fikrət Əliyevin vəzifəsində nöqsanlara yol verdiyi və sağlamlığı qaydasında olan bir qrup vətəndaşı hərbi xidmətə çağırış zamanı müvafiq Tibbi Komissiyadan keçirmədiyi üçün tutduğu vəzifədən uzaqlaşdırılıb.

Qeyd edək ki, Fikrət Əliyev Milli Məclisin deputatı İlham Əliyevin qardaşıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA