Mağazalarda saxlama müddəti ötmüz məhsullar çıxarılaraq məhv edilib (siyahı)

img

30-08-2010 [03:21]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mağaza və marketlərdə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, monitorinqlər Bakı və bir neçə rayonu əhatə edib: Bakının Səbail rayonunda - Salyan şossesi, 2 ünvanında yerləşən ?Kral market?də; Binəqədi rayonunda - 3-cü mədən, Binəqədi şossesində yerləşən ?Qardaşlar market?də; - Azadlıq prospekti, 155 ünvanında yerləşən ?NR Kompani market?də; Nəsimi rayonunda - Ak.H.Əliyev küçəsi, 1030-cu məhəllədə yerləşən ?Nurgül market?də; - R.Behbudov küçəsi, 46 ünvanında yerləşən ?Rəşad market?də; Nərimanov rayonunda - N.Hacıyev küçəsi, 7 ünvanında yerləşən ?Abşeron market?də; - İ.Hidayətzadə küçəsi, 1911-ci məhəllədə yerləşən ?Ata market?də; - F.Yusifov küçəsi, ev 43, mənzil 17 ünvanında yerləşən ?Çinar market?də; - Mayakovskiküçəsi, ev 11/13, mənzil 5 ünvanında yerləşən ?Ləman market?də; - Həsənoğlu küçəsi, 851-ci məhəllə, ev 10 ünvanında yerləşən ?Əsmər market?də; Lənkəran şəhərində - Koroğlu küçəsində Zakir Lətifova məxsus mağazada; Tərtər rayonunda - Nizami küçəsində Zəminə Abbasovaya məxsus mağazada. Monitorinqlər nəticəsində ümumi çəkisi 500 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA